BLoC design pattern-i həyata keçirməyə kömək edən gözlənilən vəziyyətin idarə edilməsi kitabxanası.
Paketlər | Pub |
---|---|
bloc | |
bloc_test | |
flutter_bloc | |
angular_bloc |
Ən yaxşı sponsorlarımız aşağıda göstərilir! [Sponsor olmaq]
Try the Flutter Chat Tutorial 💬 |
Kitabxananın məqsədi presentation-ın (dizaynın) businesss logic-dən (hesablama və məntiqi hissədən) ayrılmasının, test edilə bilinməsinin və təkrar istifadənin asanlaşdırılmasıdır.
- Counter -
CounterBloc
-un yaradılması ilə bağlı nümunə (sırf dart).
- Sayğac - Klassik Flutter Counter tətbiqinin həyəta keçirilməsi üçün
CounterBloc
-un necə yaradılması haqqında nümunə. - Form Təsdiqləmə - form təsdiqləməni həyata keçirmək üçün
bloc
vəflutter_bloc
-un necə istifadə edilməsi haqqında nümunə. - Stream ilə Bloc -
bloc
-unStream
-ə necə qoşulması vəStream
-dən gələn məlumata əsasən İstifadəçi İnterfeysinin yenilənməsi haqqında nümunə. - Sonsuz List - sonsuz listin həyatə keçirilməsi üçün
bloc
andflutter_bloc
-un necə istifadə edilməsi haqqında nümunə. - Login prosesi - Login prosesini həyata keçirmək üçün
bloc
vəflutter_bloc
paketlərini necə istifadə etmək haqqında nümunə. - Firebase Login - Firebase ilə login prosesini həyata keçirmək üçün
bloc
vəflutter_bloc
paketlərindən necə istifadə etmək haqqında nümunə. - Github-da Axtarış -
bloc
vəflutter_bloc
paketlərini istifadə edərək Github-da Axtarış Tətbiqinin necə yaradılması haqqında nümunə. - Hava -
bloc
vəflutter_bloc
paketlərini istifadə edərək Hava tətbiqinin yaradılması haqqında nümunə. Tətbiq aşağı sürükləməklə yenilənmə üçünRefreshIndicator
və dinamik mövzu (theme) dəyişilməsini istifadə edir. - Todo-lar -
bloc
vəflutter_bloc
paketlərindən istifadə edərək Todo-lar Tətbiqinin necə yaradılması haqqında nümunə. - Taymer -
bloc
vəflutter_bloc
paketlərindən istifadə edərək Taymerin necə yaradılması haqqında nümunə. - Alış-veriş səbəti - flutter nümunələri əsasında
bloc
vəflutter_bloc
paketlərini istifadə edərək Alış-Veriş Səbəti tətbiqinin necə yaradılması haqqında nümunə. - Dinamik Form -
bloc
vəflutter_bloc
paketlərini istifadə edərək repository-dən məlumatı əldə edən dinamik formun həyata keçirilməsi haqqında nümunə.
- Sayğac -
CounterBloc
un AngularDart tətbiqində necə istifadə olunması haqqında nümunə. - Github-da Axtarış -
bloc
vəangular_bloc
paketlərini istifadə edərək Github-da Axtarış Tətbiqinin necə yaradılması haqqında nümunə.
- Github-da Axtarış - Github-da Axtarış Tətbiqinin yaradılması və kodun Flutter və AngularDart arasında bölüşdürülməsi haqqında nümunə.
- bloc paketi - Yuxarı səviyyəli arxitektura və nümunələr ilə bloc paketinə giriş.
- flutter_bloc ilə login dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək tam login prosesinin necə yaradılması.
- bloc ilə unit testing - flutter login dərsində yaradılan bloc-ların necə unit test edilməsi.
- flutter_bloc ilə sonsuz list dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək sonsuz listin necə yaradılması.
- bloc ilə kodun bölüşdürülməsi Flutter ilə yazılan mobil tətbiq və AngularDart ilə yazılan veb tətbiq arasında kodun necə bölüşdürülməsi.
- flutter_bloc ilə hava tətbiqi dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək, dinamik mövzu (theme) dəyişdirilməsini, aşağı sürükləyərək yenilənməni və REST APİ ilə əlaqəni özündə cəmləşdirən hava tətbiqinin necə yaradılması.
- flutter_bloc ilə todo-lar tətbiqi dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək, todo-lar tətbiqinin necə yaradılması.
- flutter_bloc ilə firebase login dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək, Firebase İdentifikasiyası və Google Sign İn ilə tam funksional login/qeydiyyat prosesinin necə yaradılması.
- flutter_bloc ilə flutter taymer dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək, timer tətbiqinin necə yaradılması.
- flutter_bloc ilə firestore todos dərsi - bloc və flutter_bloc paketlərini istifadə edərək və onları cloud firesotre ilə inteqrasiya edərək, todolar tətbiqinin necə yaradılması.
- IntelliJ - İntelliJ və Android Studio-un imkanlarını Bloc kitabxanası üçün genişlədirir və Flutter və AngularDart tətbiqlərində Bloc-ların effektiv şəkildə yaradılması üçün ləvazimatlar təmin edir.
- VSCode - VSCode-un imkanlarını Bloc kitabxanası üçün genişlədirir və Flutter və AngularDart tətbiqlərində Bloc-ların effektiv şəkildə yaradılması üçün ləvazimatlar təmin edir.
İcma tərəfindən yaradılan aşağıdakı linklər ilə daha çox öyrən.
- Hydrated Bloc - Felix Angelov tərəfindən hazırlanan, avtomatik olaraq
bloc
-un vəziyyətlərini davam etdirən və bərpa edənbloc
-da vəziyyətin idarə edilməsi kitabxanası üçün extension. - Bloc.js - Felix Angelov tərəfindən hazırlanan, Dart-dan Javascript-ə,
bloc
-da vəziyyətin idarə edilməsi kitabxanasının portu. - Bloc Kod Generatoru - Adson Leal tərəfindən hazırlanan, bloc-la işləməyi asanlaşdıran kod generatoru.
- Firebase Auth - Rody Davis tərəfindən hazırlanan veb, mobil Firebase Auth Plugin-i.
- Form Bloc - Giancarlo tərəfindən hazırlanan, Bloc pattern ilə çox qarışıq kodlar yazmadan, form-ların yaradılmasının sadə yolu.
- Bloc Library: Basics and Beyond 🚀 - Talk given at Flutter Europe about the basics of the bloc library, by Felix Angelov.
- Flutter Bloc Kitabxanası Dərsi - Reso Coder tərəfindən, Bloc kitabxanasına giriş.
- Flutter Youtube Axtarışı - Reso Coder tərəfindən, bloc və flutter_bloc paketlərini istifadə edərək, API ilə əlaqəli Youtube Axtarış tətbiqinin yaradılması.
- Flutter Bloc - AUTOMATIC LOOKUP - v0.20 (and Up), Updated Tutorial - Reso Coder tərəfindən, Flutter Bloc Paketi haqqqında yenilənmiş dərs.
- flutter_bloc ilə dinamik mövzu (theme) dəyişmə - Reso Coder tərəfindən, dinamik mövzu dəyişmənin həyata keçirilməsi üçün flutter_bloc paketinin necə istifadə olunması haqqında dərs.
- Flutter-də Davamlı Bloc Vəziyyəti - Reso Coder tərəfindən, avtomatik olaraq, tətbiqin vəziyyətinin davam etdirilməsi üçün hydrated_bloc paketinin necə istifadə olunması haqqında dərs.
- Vəziyyətin idarə olunmasının əsasları - Techie Blossom tərəfindən, flutter_bloc paketi istifadə edərək, vəziyyətin idarə olunmasına giriş.
- Flutter Futbolçu Axtarışı - Techie Blossom tərəfindən, bloc və flutter_bloc paketlərini istifadə edərək, API ilə işləyən Futbolçu Axtarışı tətbiqinin necə yaradılması.
- Flutter Bloc Paketinin öyrənilməsi - Robert Brunhage tərəfindən, flutter_bloc paketinin canlı olaraq öyrənilməsi.
- Bloc Test Dərsi - Reso Coder tərəfindən, bloc_test paketini istifadə edərək, bloc-ların necə unit test olunması haqqında dərs.
- Bloc Dərsləri - Kənan Yusubov tərəfindən hazırlanmış Bloc haqqında 5 video dərs.
- Feature Scaffolding for VSCode -Reso Coder's-in Clean Arxitektura dərslərindən ilhamlanaraq, Kiritchouk Clément tərəfindən yaradılan, sürətli şəkildə özəlliklərin (features) skeletinin qurulması üçün VSCode extension-u.